“Zirə”dən daha 4 transfer – Rəsmi

“Zirə” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalayıb.

Şəhriyar Rəhimov son mövsümü “Səbail”də, Ruslan Qurbanov, Rəşad Əzizli və Tural Bayramlı isə “Keşlə”də keçirib.

“Zirə” daha əvvəl Klesio Bauk, Sərtan Taşqın, Kərim Diniyev və Rəşad Eyubovu heyətinə qatıb.