“Zirə”dən ayrılan futbolçu ölkəsinə qayıtdı

Bu qış fasiləsində “Zirə”dən ayrılan Kayo Rangelin yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, braziliyalı forvard karyerasını ölkəsində davam etdirəcək. O, “Santo Andre” klubuna keçib. 25 yaşlı futbolçu bu klubla bir illik müqavilə imzalayıb.

Rangel “Zirə”yə keçən ilin yayında keçmişdi.