“Zirə”də yeni müqavilə

“Zirə” klubu Dimitrios Çantakiasla müqavilənin müddətini artırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə yeni – 2 illik müqavilə imzalanıb. Yunanıstanlı müdafiəçinin müqaviləsinin müddəti 2024-cü ilin may ayının sonuna qədər nəzərdə tutulub.

Çantakias 2020-ci ildən “Zirə”nin şərəfini qoruyur.