“Zirə”də də məşqlər ləğv olundu

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür.

Komanda.az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması üçün müvafiq tədbirlərin effektivliyinin artırılması məqsədilə “Zirə” Futbol Akademiyası komandalarının martın 10-dək olan məşqləri ləğv olunub.

Qeyd edək ki, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin “Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.