“Zirə” legioneri ilə vidalaşdı – Rəsmi

“Zirə” klubu futbolçusu Ahmed Ayzaya ilə yollarını ayırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Qartallar” nigeriyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Ayzaya bu ilin fevralında “Zirə” ilə 1,5 illik sözləşmə imzalamışdı.

Bizi Telegramda izləyin