Rəşad Sadıqovun yeni köməkçiləri açıqlandı

“Zirə” klubunda yeni məşqçi təyinatları olub.

Komanda.az xəbər verir ki, bu barədə “qartallar”ın mətbuat xidməti məlumat yayıb. Vaqif Paşayev və Hacı Əhmədov baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edilib.

“Zirə” Premyer Liqada 13 turdan sonra 20 xalla 3-cü sıradadır.