“Zirə”də 4 yeni futbolçu – rəsmi

“Zirə” klubu yeni futbolçularla müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, qəsəbə təmsilçisi Klesio Bauk, Rəşad Eyubov, Kərim Diniyev və Sərtan Taşqını transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klesio Bauk, Rəşad Eyubov və Kərim Diniyevlə bir, Sərtan Taşqınla isə iki illik müqavilə imzalanıb.

Bauk son mövsümü “Qəbələ”də, Rəşadla Kərim “Sabah”da, Sərtan Taşqın isə “Sumqayıt”da keçirib.