“Zirə”də yeni futbolçu – rəsmi

“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, “qartallar” Nemanya Andelkoviçlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.

Serbiyalı futbolçu daha əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib.