Riçard Almeyda rəsmən “Zirə”də

“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, “qartallar” Riçard Almeydayla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə “Qarabağ”ın, həmçinin Braziliyanın “Sante Andrade”, Portuqaliyanın “Jil Visente”, Qazaxıstanın “Astana” və Küveytin “Baniyas” klublarında çıxış edib.