“Qəbələ”dən “Zirə”yə – rəsmi

“Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, “qartallar” Qismət Alıyevlə anlaşıb. Bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qismət Alıyev daha əvvəl “Qəbələ” klubunda çıxış edib.