“Zirə” legioneri ilə yollarını ayırdı – rəsmi

“Zirə” klubu Robin Nqalande ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə “qartallar”ın rəsmi saytı məlumat yayıb. Malavili hücumçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

“Zirə” Nqalande ilə 2019-cu ilin yanvarında 6 ay+1 illik şərtiylə müqavilə imzalamışdı. 27 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 5 oyunda iştirak edib.