Peru millisinin sabiq üzvü “Zirə”də

“Zirə” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi “Munisipial” klubunun oyunçusu Alvaro Ampueronu transfer etməyə yaxındır. Bu barədə Peru mətbuatı məlumat yayıb. Xəbərdə, “Zirə”nin 26 yaşlı sol cinah müdafiəçisi ilə razılaşdığı bildirilir. “Qartallar” yaxın zamanda perulu oyunçunun transferini rəsmən açıqlayacaq.

Perunun “Universitario” klubunun yetirməsi olan Ampuero İtaliyada “Parma”, “Salernitana”, “Padova” kimi klublarda çıxış edib. “Transfermarkt”da dəyəri 350 min avro olan müdafiəçi 9 dəfə də Peru millisinin formasını geyinib.