“Qarabağ”ın futbolçusu “Zirə”də – rəsmi

“Zirə” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “qartallar” “Qarabağ”ın yarımmüdafiəçisi Hacıağa Hacılı ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qarabağ”dan icarəyə götürülən 22 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.