“Zirə” baş məşqçisi ilə yollarını ayırdı – rəsmi

“Zirə” klubu baş məşqçisi Zaur Həşimovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Zirə” rəhbərliyi və baş məşqçi Zaur Həşimov arasında görüş keçirilib.

Görüş zamanı keçirilən oyunlar və bir çox başqa məsələlər müzakirə olunub. Sonda tərəflər əməkdaşlığın yekunlaşdırılmasına dair qərar qəbul ediblər.⁣