“Zirə” millinin kapitanı ilə müqavilə imzaladı – Rəsmi

Ötən mövsüm “Zirə”nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub.

Komanda.az xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə bağlanılıb. Bu barədə “Zirə”nin rəsmi “facebook” səhifəsi məlumat yayıb.

Cəlal Hüseynov “Zirə”nin əsas komandasının Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal Əliyev isə komanda Bakıya döndükdən sonra məşqlərə cəlb olunub.

Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdür. Həmçinin, Hüseynov sözügedən yaş qrupu üzrə millinin kapitanıdır.