“Zirə” 4 futbolçu ilə müqavilə bağladı – RƏSMİ

“Zirə” 4 futbolçu ilə müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca ilə 2, Tellur Mütəllimovla isə müqavilənin müddətini 1 illik uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Nqalande, Kqasvane, Tiqrudca bu ilin, Mütəllimov isə ötən ilin yanvar ayından “Zirə”nin şərəfini qoruyur.