Ukraynalı futbolçu “Arsenal”da ilk məşqinə çıxdı – FOTO

“Arsenal”ın yeni futbolçusu Oleksandr Zinçenko London klubunun futbolçusu kimi ilk məşqinə çıxıb.

Komanda.az “topçular”ın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi bu kluba böyük nəticələr əldə etmək üçün gəldiyini deyib:

“Yeni çağırışa hazıram? Mən bura vaxtımı sərf etmək üçün yox, böyük nəticələr əldə etmək üçün gəlmişəm. Ümid edirəm ki, hər titul uğrunda mübarizə aparacağıq. Keçən mövsüm “Arsenal”ın oyunlarına baxdım və başa düşdüm ki, böyük uğurlara çox yaxındır. Komanda çox sürətlə inkişaf edir. Mümkün olan hər şeyi etmək və daha çox şeyə nail olmaq vaxtıdır”.

“Topçular” iyulun 22-də “Mançester Siti”nin keçmiş futbolçusu ilə dörd illik müqavilə imzaladığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button