“Zidanla heç vaxt əlaqə saxlamamışıq” – klub prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlar apardıqları barədə iddialara münasibət bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub rəhbərinin sözlərinə görə, Paris təmsilçisi 49 yaşlı fransalı ilə danışıqlar aparmayıb:

“Biz Zidanla ümumiyyətlə danışıqlar aparmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslər vasitəsilə əlaqə olmayıb. Bir çox klublar, o cümlədən milli komandalar onunla maraqlanır. Amma biz onunla heç vaxt əlaqə saxlamamışıq”.

Daha əvvəl Zidanın PSJ-yə rəhbərlik edə biləcəyi bildirilirdi. Lakin sonda Paris klubu “Nitsa”dan Kristof Qaltyeni baş məşqçi postuna təyin etmək qərarına gəlib.

Bizi Telegramda izləyin