Zidanın oğlunun yeni klubu bəlli oldu

Madrid “Real”ından ayrılan Luka Zidanın yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, fransız qolkiper “Rayo Valekano”ya keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu olan qapıçı ötən mövsüm Madrid klubunun gənclərdən ibarət komandasında 33 oyuna çıxıb və 44 qol buraxıb.