Zidanın oğlu ikinci divizionda?

İspaniyanın “Real” klubunun qapıçısı, eyni zamanda Zinəddin Zidanın oğlu olan Luka Zidan növbəti mövsümü icarə əsasında keçirəcək.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı qolkiper, ikinci divizionda mübarizə aparan “Rasinq” klubunda çıxış etməyə yaxındır. Qapıçı, oyun təcrübəsinin olmaması səbəbiylə başqa kluba icarə verilməyini istəyib.  

Luka Zidanın atasının baş məşqçisi olduğu “Real”la müqaviləsi 2020-ci ilin yayına qədər nəzərdə tutulsa da, bu müddətin artırılacağı bildirilir.