“Barselona”dan darmadağın

İspaniya La Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Real Sosyedad” doğma azarkeşləri önündə “Levante” ilə qollu bərabərə qalıb.

Baş məşqçi postuna Zinəddin Zidanı gətirən “Real” “Selta”nı qəbul edib. Madrid klubu bu görüşdən inamlı qələbə ilə ayrılıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” “Atletik”lə münasibətlərinə aydınlıq gətirib. Madridlilər səfərdə 2 cavabsız qola üzülüblər.

“Hueska” evdə “Alaves”ə, “Leqanes” də “Jirona”ya məğlub olub.

Lider “Barselona” isə bu turda çətin “Betis” səfərinə yollanıb. Kataloniya klubu bu görüşdə darmadağınla qalib gəlib. “Sevilya” da “Espanyol”la səfər matçından minimal hesabla qalib ayrılıb.

İspaniya La Liqası, 28-ci tur

15 mart

00:00 Real Sosyedad – Levante 1:1
Qol: A. Yanuzay, 26 – B. Mayoral, 79.

16 mart

Hueska – Alaves 1:3
Qol
: Avila, 14-pen – Kalyeri, 11-pen; 86. Qvidetti, 80.

Real – Selta 2:0
Qol
: İsko, 62. Beyl, 77.

Atletik – Atletiko 2:0
Qol
: Uilyams, 73. Kodro, 85.

Leqanes – Jirona 0:2
Qol
: Portu, 13; 22.

17 mart

Eybar – Valyadolid 1:2
Qol
: Orelyana, 54 – Verde, 90. Qvardiola, 90+3.

Espanyol – Sevilya 0:1
Qol
: Ben Yedder, 53-pen.

Valensiya – Xetafe 0:0

Vilyarreal – Rayo Valyekano 3:1
Qol
: Ekambi, 50; 52 – Moreno, 88 – M.Suares, 20.

Betis – Barselona 1:4
Qol
: Moron, 82 – Messi, 18; 45; 85 – L.Suares, 63.

Bombardir: Lionel Messi (Barselona) – 29 qol.