Finala çıxdısa, uduzmayacaq!

“Real” İspaniya superkubokunun final oyununda “Atletiko”ya penaltilər seriyasında (4:1) qalib gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu oyun Zinəddin Zidanın “Real”ın baş məşqçisi kimi 9-cu finalı olub. Fransalı mütəxəssis bu final oyunlarının hamısında qalib gəlib. Zidan “kral klubu”nun “sükanı arxasında” 2016-cı ildə Çempionlar Liqası, Klublararası dünya çempionatı və UEFA superkuboku, 2017-ci ildə Çempionlar Liqası, UEFA superkuboku, İspaniya superkuboku, Klublararası dünya çempionatı, 2018-ci ildə Çempionlar Liqasının qalibi olub.