Zidandan Poqba ilə bağlı açıqlama

“Real”ın baş məşqçisi Zinəddin Zidan, son zamanlar adı komanda ilə yanaşı çəkilən “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba haqqında açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, 26 yaşlı futbolçunun transferində maraqlı olduğunu açıqlayıb:

“Poqbanı çox sevirəm. O, çox fərqli bir futbolçudur. Necə müdafiə olunacağını və hücumu çox yaxşı bilir”.

Mançester təmsilçisi fransalı futbolçunu 150 milyon avrodan az məbləğə satmayacağını bildirmişdi.

2016-cı ildə “Yuventus”dan 105 milyon avroya transfer olunan futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.