Zidan: “Ən azı buna görə sevinə bilərəm”

İspaniya La Liqasının son turunda “Xetafe” ilə 0:0 hesablı bərabərliyə qalan “Real”ın baş məşqçisi Zinəddin Zidan matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, son üç səfər oyunundan qələbəsiz qayıtmalarını şərh edən fransalı mütəxəssis, nəticələrdən razı qalmadığını deyib:

“Xetafe” ilə oyunda daha yaxşısına layiq idik. Nəticədən razı deyiləm, amma komandanın oyunu və dəqiqliyi yaxşı idi. Ən azı buna görə sevinə bilərəm.

Rəqib hazırda turnir cədvəlində ilk 4-lükdə qərarlaşıbsa, bunun bir səbəbi var. Yaxşı oyun göstərirlər və qərarlaşdıqları yerə görə onları təbrik etməliyik”.

46 yaşlı mütəxəssis, İskonun start heyətində yer alması haqqında da danışıb:

“İsko bizim üçün komandadakı digər futbolçular qədər vacibdir. Bizimlə olan bütün futbolçular meydana çıxmaq şansı qazanacaq. Bu, mənim qərarımdır”.