Zidan rəsmən “Real”da!

İspaniyanın “Real” klubu baş məşqçisini dəyişib.

Komanda.az xəbər verir ki, Madrid klubu gözlənildiyi kimi, Santyaqo Solarini istefaya göndərib.

Əvəzində “kral klubu”nun “sükan”ı sabiq çalışdırıcısı Zinəddin Zidana tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

46 yaşlı fransalı mütəxəssislə imzalanan müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi.

Xatırladaq ki, Zidan 2016-2018-ci illərdə də “Real”a rəhbərlik edib. O, “kral klubu”nda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button