Zidan qayıtdı, yenə onu istədi

Zinəddin Zidanın “Real”a qayıtması ilə Sergey Milinkoviç-Saviçin Madrid klubuna transferi yenidən gündəmə gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” əvvəl də Zidanın transfer hədəfində olmuş “Latsio”nun yarımmüdafiəçisi üçün yay transfer dövründə hərəkətə keçməyi planlaşdırır.

“Latsio”nun serbiyalı futbolçu üçün 120 milyon avro tələb etdiyi, amma “Real”la danışıqlardan sonra 90 milyon avroya razılaşa biləcəyi deyilir.

“Yuventus”, “Mançester Yunayted”, “İnter” kimu klubların da maraq dairəsində olan 24 yaşlı futbolçunun İtaliya klubu ilə 2023-cü ilədək müqaviləsi var. O, bu mövsüm iştirak etdiyi 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button