Zidan oğlunu “Real”dan göndərir

“Real”ın qapıçısı, eyni zamanda baş məşqçi Zinəddin Zidanın oğlu olan Luka Zidan karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “kral klubu” 20 yaşlı futbolçunu Liqa 2 təmsilçisi “Klermon Fut”a icarəyə göndərəcək. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Baş məşqçi Zinəddin Zidan oğlunun təcrübə toplaması üçün belə bir qərar verib. “Real”da əsas heyətə düşə bilməyən Luka da Madrid təmsilçisindən ayrılmağa müsbət yanaşır.

“Real”la mövsümün sonuna qədər müqaviləsi olan Luka, əsas komandayla bir qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button