Zidan koronavirusa yoluxub?

“Real”ın baş məşqçisi Zinəddin Zidan karantinə alınıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb fransalı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olmasıdır. Buna görə, o, “kral klubu”nun son məşqində iştirak etməyib. Zidanın artıq koronavirus testi verdiyi və nəticənin neqativ olduğu bildirilir. Lakin qaydalara görə, o, ikinci dəfə test verməlidir. Həmin testin də cavabı neqativ olsa, mütəxəssisin komandaya qayıtmasına icazə veriləcək. Növbəti testin cavabına qədər o, karantində qalacaq.

“Real” La Liqanın növbəti turu çərçivəsində sabah “Osasuna” ilə qarşılaşacaq.