Zidanın gözü ingilisdə

“Borussiya”nın (Dortmund) futbolçusu Ceydon Sanço “Real”ın diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Məlumatda, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanın ingilis futbolçunun transfer edilməsini istədiyi bildirilib.

Dortmund təmsilçisi 19 yaşlı hücumçu üçün ən azı 180 milyon avro tələb edir. Zidanın Qaret Beylə əvəzləyici kimi düşündüyü Sanço da Madrid təmsilçisinə keçməyə müsbət yanaşır.

“Mançester Siti”nin yetirməsi olan Sanço, bu mövsüm 39 qarşılaşmada iştirak edərək, 12 qol vurub və 18 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button