Zidan fikrini dəyişdi – Ona güvənəcək

İspaniyanın “Real” klubu futbolçusu Luka Yoviçlə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” serbiyalı futbolçunu saxlamağa qərar verib. Baş məşqçi Zinəddin Zidan bu mövsüm Yoviçə güvənəcək.

Daha əvvəl Zidanın 22 yaşlı futbolçunun xidmətində maraqlı olmadığı və klubun onu icarəyə göndərəcəyi bildirilirdi.

2019-cu ilin yayından “Real”da çıxış edən Yoviçin klubla müqaviləsi 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button