“Zenit”in futbolçusu koronavirusa yoluxdu

Rusiyanın “Zenit” klubunda bir nəfər koronavirusa yoluxub.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə baş məşqçi Sergey Semak məlumat verib:

“Vəziyyət belədir ki, iki futbolçunun vəziyyətindən şübhələnirdik və bunu Premyer Liqa rəhbərliyinə bildirdik. Bundan sonra aparılan testlərdə onlardan birinin nəticəsi pozitiv oldu”.

Futbolçunun adı açıqlanmasa da, hər iki şəxsin karantinə alındığı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button