“Zelenskaya pozası” ilə Zelenskinin xanımına dəstək – FOTO

Ukraynanın qadınlardan ibarət “Krivbass” klubunun futbolçuları ayaqları açıq şəkildə fotosessiyaya çəkilib.

Komanda.az xəbər verir ki, bununla onlar Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanı dəstəkləyiblər.

Məsələ burasındadır ki, Yelena Zelenskaya “Vogue” jurnalı üçün qeyri-adi vəziyyətdə poza verib – o, prezident aparatının pilləkənlərində ayaqlarını aralı halda oturub. Bu foto sosial şəbəkədə rezonans doğurdu, bir çoxu Zelenskayanı seçilmiş pozanın “qeyri-qadınlığına” görə tənqid etməyə başladı. Bununla belə, ukraynalı qadınlar öz ölkələrinin birinci xanımının müdafiəsinə qalxaraq, onu dəstəkləmək üçün “fləşmob”a başlayıblar.

Ukraynanın hər yerindən bir çox qız və qadın oxşar vəziyyətdə şəkil çəkdirir, belə fotoların altında öz fikirlərini bildirirlər.

“Krivbass”ın futbolçuları da “Yelena Zelenskayanın pozası”nda şəkil çəkdirərək, bu “fləşmob”u dəstəkləyiblər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button