Zaur Həşimov: “Növbəti oyunlara maksimum köklənməliyik”

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Müəyyən qədər transferlər etdik. Bu gün 5 futbolçu debüt oyununa çıxmışdı. Bu oyundan razı qaldım.
  • Şafik Tiqrudca heyətdə yox idi. Zədəsindən sonra ona vaxt lazımdı?
  • Xeyr, hazır durumdadır. Sadəcə, bu gün taktiki gedişlə bağlı heyətdə olmadı.
  • İlk 3-lüyə iddia edirsizmi?
  • Qarşıdakı oyunlarda 3 xal qazanmaq istəyirik. Növbəti oyunlara maksimum köklənməliyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button