Zaur Həşimov: “Bu nəticə işimə mənfi təsir etməyəcək”

“Zirə”nin baş məşqçisi Zaur Həşimovun Premyer Liqanın 8-ci turunda “Neftçi” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Həşimov, 0:3 hesabıyla bitən görüşü belə şərh edib:

  • “Neftçi” bizdən güclü idi və bu da özünü göstərdi. Layiqli qələbə qazandılar. İlk qol uğursuz oldu. Buna baxmayaraq, mən də əlimi aşağı salmayacam, daha çox çalışacağıq.
  • Bundan sonra komandanı geri qaytarmaq çətin olmayacaq?
  • Nəticə işimə mənfi təsir etməyəcək. Hətta daha artıq çalışacağıq ki, geri addım atmayaq. Düzdü, hesab çox böyük oldu, ancaq çalışacağıq geri dönək. Dayanmaq olmaz, davam etməliyik.

Şahin Cəfərov