Zaniolo – “Liverpul”un yeni hədəfi

“Liverpul” “Roma”nın gənc ulduzu Nikola Zaniolonu transfer edə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu müqavilənin uzadılmasına razı olmasa, “Liverpul” onun transferi üçün hər şey edəcək. “Roma” yarımmüdafiəçisi üçün təxminən 65-70 milyon avro tələb edir.

Daha əvvəl bildirilmişdi ki, “Roma” Zaniolo ilə 2024-cü ilə qədər hesablanmış müqaviləni uzatmaq niyyətindədir. Amma digər klubların marağını nəzərə alaraq, futbolçu qərarını dəyişə bilər.

Zaniolo 2018-ci ildən “Roma”da çıxış edir. O, bu mövsüm İtaliya A Seriyasında 24 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button