Uşaqdakı fərasətə bax! – həftədə 230 min avro qazanacaq

“Zalsburq”un futbolçusu Erlinq Halandın “Mançester Yunayted”ə keçəcəyi təqdirdə, qazanacağı məvacib bilinib.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, 19 yaşlı hücumçunun “qırmızı şeytanlar”a keçəcəyi halda, həftəlik 230 min avro qazanacağı bildiriliR. Bu məbləğ Halandın hazırkı qazancından 10 dəfə çoxdur. Norveçli hücumçu “Zalsburq”da həftəlik 23 min avro qazanır.

Haland bu mövsüm “Zalsburq”la 22 oyunda 28 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button