“Real”, “Barselona” istəyir, “Red Bull” alır

“Zalsburq”un futbolçusu Erlinq Haland karyerasını Bundesliqada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, norveçli hücumçu “Leyptsiq”ə keçməyə yaxındır. Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb. O, “Zalsburq” və “Leyptsiq”in ortaq sahibi olan “Red Bull” şirkətinin bu transferdə mühüm rol oynayacağını bildirib.

Haland da “Real”, “Barselona”, “Yuventus”, “Mançester Yunayted”, PSJ kimi klublara transfer olub, az şans qazanmaqdansa, “Leyptsiq”də davamlı forma geyinib, oyun praktikasını yüksəltməyi üstün tutur.

19 yaşlı hücumçu bu mövsüm 21 oyuna 28 qol vurub.