“Zalsburq” səfərinə qalib gəlmək üçün gedəcəyik” – Klopp

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Napoli” ilə 1:1 hesablı heç-heçə edən “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, oyundan razı qalmadığını bildirib:

“İlk hissənin son 15 dəqiqəsində göstərdiyimiz oyundan razı deyiləm. İkinci hissədə də mükəmməl deyildik, amma təzyiq göstərə bildik. “Napoli” çox yaxşı müdafiə olunurdu. Buna görə də, çox epizod yarada və qalib gələ bilmədik. Bu oyunumuz qalib gəlmək üçün kifayət etmədi, amma hələ də üstünlüyümüz var. “Zalsburq” səfərinə qalib gəlmək üçün gedəcəyik. Qrupu lider olaraq tamamlamaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button