Avropa nəhənglərinin hədəfindəki futbolçudan ayrılıq açıqlaması

“Zalsburq” klubunun futbolçusu Dominik Soboslai qışda komandanı tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə macarıstanlı futbolçu “Sport Bild” nəşrinə açıqlamasında deyib. Soboslai, qış transfer pəncərəsi dövründə “Zalsburq”u tərk edəcəyini bildirib.

Macarıstan milli komandasının da üzvü olan 20 yaşlı yarımmüdafiəçi ilə İngiltərədən “Liverpul”, “Arsenal”, “Tottenhem”, İspaniyadan “Real”, İtaliyadan “Milan”, Almaniyadan isə “Leyptsiq” maraqlanır.

Soboslai bu mövsüm “Zalsburq”da 20 oyunda 8 qol vurub, 10 məhsuldar ötürmə edib. “Transfermarkt”da dəyəri 25 milyon avro olan futbolçu, Macarıstan yığmasında da 12 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button