“Kəpəz”də Vətən müharibəsi iştirakçısı ilə görüş

Zəfər ilə başa çatan Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Orxan Cəfərzadə “Kəpəz” klubunun qonağı olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər”in icraçı direktoru İlqar Nadiri ilə görüşən Cəfərzadə Azərbaycan əsgərinin gücündən danışaraq, 44 günlük savaş dövründə yadda qalan xatirələri dilə gətirib. İlqar Nadiri Ali Baş Komandanın rəhbərliyi ilə imza atılan qələbənin xalqımızın haqq mübarizəsinin nəticəsi olduğunu vurğulayıb.

İdman jurnalisti xoş münasibətə görə klubun kollektivinə minnətdarlıq edib, komandaya uğurlar arzulayıb. “Kəpəz”i gələn mövsüm Premyer Liqada görmək istədiyini bildirib.

“Kəpəz” televiziyasının əməkdaşı olan Orxan Cəfərzadə Cəbrayıl və Qubadlının işğaldan azad olunması əməliyyatlarında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button