Zəfər Kubokunda yarımfinalçılar müəyyənləşdi

İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunda bu gün qrup mərhələsinin son görüşləri keçirilib.

Komanda.az xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında 3-cü turun 4 qarşılaşması oynanılıb.

Beləliklə, qarşılaşmaların nəticələrini sizə təqdim edirik:

Zəfər Kuboku

22 may

A qrupu
“Füzuli” – “Xocavənd” – 0:9
Qollar: Sərxan İbrahimoğlu (6), Ümid Süleymanov (2), Tural Məmmədli

B qrupu
“Suqovuşan” – “Xocalı” – 2:1
Qollar: İlkin Əhmədov, Nurşən Quliyev – Vəfadar Əliyev

C qrupu
“Laçın” – “Qubadlı” – 3:2
Qollar: Məğrur Salmanov (2), Akif Ulucay – Elcan Məmmədli, Rəşad Şükürov

D qrupu
“Zəngilan” – “Xankəndi” – 0:9
Qollar: Rüstəm Allahverdiyev (4), Məsim Məsimzadə (4), Emin Səfərov

Mayın 28-də keçiriləcək yarımfinal oyunlarında isə “Xocavənd” “Qubadlı” ilə, “Ağdam” “Suqovuşan”la görüşəcək.

“Təşkilatçılara belə yarış keçirdikləri üçün minnətdarlığımı bildirirəm. Artıq ikinci ildir ki, bu turnir təşkil olunur”. Bunu gənclər və idman naziri Fərid Qayıbov Zəfər Kuboku barədə danışarkən deyib.

B qrupunda “Suqovuşan” və “Xocalı” komandaları arasındakı matçı izləyən nazir turnirin futbolun təbliğatı baxımından önəmli olduğunu bildirib: “Çünki burada idman jurnalistlərimiz oynayırlar və digər təşkilatlara yaxşı nümunə olurlar. Sizə həmişə idmanda olmağınızı arzu edirəm”.

Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu ilə keçirilir.