“Yuventus”un 3 futbolçusu qayıtdı, Ronaldo…

“Yuventus”da Mario Mancukiç, Paulo Dibala və Leonardo Spinaççola zədəsini sağaldıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son məşqində iştirak edən hər üç futbolçunun A Seriyasının 31-ci turunda keçiriləcək “Milan”la qarşılaşmaya hazır olacaqları bildirilib.

Portuqaliya millisinin heyətində zədələn Kriştiano Ronaldo da zədəsini sağaldıb. Ancaq Ronaldonun “Milan”la qarşılaşmada iştirakı sual altındadır.

“Yuventus” – “Milan” matçı sabah, saat 20:00-da start götürəcək.