Merih Demiralın son durumu açıqlandı

“Yuventus”un zədəli futbolçusu Merih Demiral əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, uğurlu əməliyyat keçirən müdafiəçinin ən azı 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Demiral, İtaliya A Seriyasının 19-cu turunun “Roma” ilə matçında (2:1) zədələnmişdi.

Türkiyə milli komandasının üzvü olan 21 yaşlı müdafiəçi zədə səbəbindən AÇ-2020-ni buraxacaq.