“Yuventus”un zədəliləri sağaldı

“Yuventus”un zədəli futbolçuları Matta Perin, Aron Remzi və Danilo sağalıb.

Komanda.az xəbər verir ki, hər üç oyunçu komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Perin, Danilo və Remzi baş məşqçi Mauristio Sarrinin şans verəcəyi təqdirdə, həftəsonu “Bolonya” ilə keçirilən matçda oynaya bilər.

Oktyabrın 19-da keçiriləcək “Yuventus” – “Bolonya” oyunu saat 22:45-də start götürəcək.