“Yuventus”un sabiq futbolçusuna silahlı hücum

“Yuventus”un sabiq yarımmüdafiəçisi Klaudio Markizio silahlı qarətə məruz qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarında futbolçunun evi 4 nəfər tərəfindən qarət olunub. Soyğunçular Markizionu və həyat yoldaşını silahla hədələyiblər. Bundan sonra, futbolçu pul və qiymətli əşyalarını onlara vermək məcburiyyətində qalıb.

Hadisənin polis tərəfindən araşdırıldığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button