“Yuventus”un keçmiş futbolçusuna silahlı hücum: avtomobili yandırıldı FOTO

“Yuventus”un sabiq futbolçusu Darko Kovaçeviç silahlı hücuma məruz qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Afinada, keçmiş hücumçunun evinin yaxınlığında baş verib. Hadisəni törədən şəxslər Kovaçeviçi silahla vurmaq istəyiblər. Daha sonra cinayətkarlar serbiyalı keçmiş futbolçunun avtomobilini yandıraraq, hadisə yerindən uzaqlaşıblar.

Dizindən yaralanan Kovaçeviç xəstəxanaya aparılıb. Kovaçeviçin güllə yarası alıb-almadığı isə məlum deyil. Hadisə yerində araşdırma aparan polislər yanmış maşının içindən silah tapıblar.

Kovaçeviç 1999-2001-ci illər aralığında “Yuventus”un formasını geyinib.