“Maradona “Yuventus”da oynasaydı, bəlkə də, hələ sağ olacaqdı”

“Yuventus”un sabiq futbolçusu Antonio Kabrini bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonayla bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kabrini, mərhum futbolçu haqda bunları deyib:

“Onu Neapolda çox sevirdilər. Bir ananın övladına olan sevgisinə bənzəyirdi bu. O, Neapolda toxunulmaz idi, heç kim onun səhv etdiyini deməyə cəsarət etməzdi. Lakin Maradona “Yuventus”da oynasaydı, bəlkə də, hələ sağ olacaqdı. Çünki ətrafı onu xilas edərdi”.

Kabrini 1976-89-cu illər aralığında “Yuventus”da, Maradona isə 1984-1991-ci illərdə “Napoli”də forma geyinib.