“Çelsi”də Lempardın əvəzləyicisi bilindi

“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri “Çelsi”ni çalışdıra bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi baş məşqçi Frenk Lempardın işindən razı deyil. “Çelsi” Lempardla yollarını ayırsa, baş məşqçi postunda onu Alleqri əvəzləyəcək.

“Çelsi” İngiltərə Premyer Liqasında 5 turdan sonra 8-ci sıradadır.

Son olaraq “Yuventus”u çalışdıran Alleqri, 2019-cu ilin yayından işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button