“Yuventus”un Ronaldo ilə bağlı 2 planı

İtaliyanın “Yuventus” klubu hücumçusu Kriştiano Ronaldonu komandadan göndərə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” koronavirus səbəbiylə yaranan maddi itkiləri balanslaşdırmaq üçün bu addımı atmağı düşünür. Turin klubu, transfer qiyməti 70 milyon avro olaraq dəyərləndirilən portuqaliyalı hücumçunu sataraq, maddi itkilərini bərpa edə bilər.

Digər ehtimala görə, “Yuventus” Ronaldonun müqaviləsini bir illik uzadacaq. Bu halda, klub futbolçunun məvacibini ciddi şəkildə azaldacaq.

Ronaldonun “Yuventus”la hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button