“Yuventus”un müdafiəçisi sıradan çıxdı – 10 günlük

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Merih Demiral zədələnib.

Komanda.az xəbər verir ki, “Kalyari” ilə oyunda (2:0) sıradan çıxan 22 yaşlı futbolçu əzələsindən zədələnib. Onun 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Demiralın UEFA Çempionlar Liqasında “Ferentsvaroş” və A Seriyasında “Benevento” ilə oyunları buraxacağı deyilir.

Türkiyəli futbolçu cari mövsümdə ümumilikdə 8 oyunda iştirak edib.